Hövzə Xəbər Agentliyinin Sari şəhərindən verdiyi xəbərə görə, Həzrət Nərcis (s.ə) Elmi Hövzəsində tələbə və müəllimlərin iştirakı ilə keçirilən “İran İslam Respublikasının Qərblə apardığı danışıqlar və onun nəticələrinin müxtəlif aspektlərinin izahı” mövzusunda keçirilən maarifləndirici tədbirdə ümmü Leyla Mollazadə, ölkədə iqtisadi problemlərin həlli yollarına dair cəmiyyətdə formalaşmış ikili baxışlara toxunaraq belə deyib:
Bəziləri sanksiyaların aradan qaldırılmasını çıxış yolu hesab edir, digərləri isə problemlərin həllini müqavimət göstərməkdə, daxili istehsalda, yerli sərmayə yatırımlarında və ölkənin yerli potensiallarının aktivləşdirilməsində görür.
O, həmçinin bildirib ki, İnqilabın Ali Rəhbəri danışıqları tamamilə inkar etməyib. Ali Rəhbərin vurğuladığı əsas məsələ budur ki, danışıqlar güc mövqeyindən, ağıllı və uzaqgörən bir yanaşma ilə aparılmalıdır. Əks təqdirdə, danışıqlar fayda verməyəcək, əksinə, zərərlə nəticələnəcək. Danışıqlar zəif mövqeydən olmamalıdır. Biz hər hansı danışıqlara düşməndən asılı olmayaraq, öz gücümüzə arxalanaraq daxil olmalıyıq.
Mollazadə müxtəlif hökumətlər dövründə aparılmış danışıqlarla bağlı tarixi təcrübəyə istinad edərək əlavə edib: Hətta Qərbə müsbət yanaşan hökumətlərin, məsələn, cənab Xatəminin rəhbərlik etdiyi hökumətin dövründə də danışıqların nəticəsi Amerikanın öhdəliklərinə əməl etməməsi oldu. Həmin dövrdə ABŞ tərəfinin verdiyi vədlərin heç biri yerinə yetirilmədi. Bu vəziyyət sonrakı hökumətlərdə də təkrarlandı və bu da göstərdi ki, düşmənə etimad etmək olmaz.
O, İranın bəzi mərhələlərdə ABŞ-la dolayı yollarla (birbaşa olmayan) baş verən danışıqlar üsuluna toxunaraq bildirib: Bu, hakimiyyətin şüurlu qərarı idi və bunun bir neçə səbəbi var; Birincisi, qarşı tərəf üçün xüsusi bir nüfuz tanınmırdı; ikincisi, Trampın məktubu əvvəlki mövqelərindən geri çəkildiyini göstərirdi; üçüncüsü, danışıqların mövzusu sırf nüvə məsələləri ilə məhdudlaşmalı idi və bundan o tərəfə keçməməliydi; və nəhayət, İran dünya ictimaiyyəti qarşısında günahkar tərəf kimi görünmək istəmirdi.
Bu yanaşmalar, xarici siyasətdə ağıllı və izzətli bir mövqenin göstəricisidir.
Sari şəhərindəki Həzrət Nərcis (s.ə) Elmi Hövzəsinin müəllimi vurğulayıb: Sağlam düşüncə bunu tələb edir ki, hökumət düşmənin təzyiqləri altında qərar verməməlidir. Ölkənin iqtisadi problemlərinin həlli Vaşinqtonda deyil, məhz ölkənin daxilindədir. Ölkəni ‘şərti’ vəziyyətə salmaq olmaz; daxili potensiala arxalanaraq böhranlardan çıxmalıyıq. Hələ rəsmi danışıqlar başlamadan, sadəcə danışıqlar ehtimalı xəbəri belə dollar və qızılın qiymətinin enməsinə səbəb olur. Bu da göstərir ki, problemlərin mühüm hissəsinin kökü daxildəndir və həll yolu da daxildədir.
O, tələbələrə müraciətlə deyib: Xalq həm tələbkar olmalı, həm qorxmamalı, həm də Vəli-Fəqihin sözünə qulaq asmalıdır. Əgər xalq arasında birlik və həmrəylik olarsa, düşmən heç bir addım ata bilməz – ancaq daxildən fitnə və təlatüm yaransa, bu mümkündür. Biz tələbələr də məsələlərin izahı və maarifləndirmə işində əsas rola malikik. ‘Təbliğ cihadı’ vasitəsilə xalqı məlumatlandırmalıyıq ki, yumşaq müharibədə də, sərt müharibədə olduğu kimi, qələbə qazanaq. Çünki təslim olmağın dəyəri müqavimətdən daha yüksəkdir.
Xəbərin sonu – 313/48
Rəyiniz